Fiberoptik internet

Şirkətlərə, yaşayış binalarınıın yüksək sürətli fiberoptik internetlə təmin edilməsi

Access Control

Ofisə, yaşayış binasına kimlərin nə zaman girdiyini, şirkət personalının işə gəlib getmə vaxtlarını yoxlamaq məqsədi ilə access controlların qurulması

Kamera nəzarət sistemləri

Hər növ güvənlik kameralarının (analoq, ip, wireless, idarə oluna bilən, gizli, və s.) qurulması

Şəbəkələrin qurulması

Müxtəlif vendorların avadanlıqlarından (Cisco, İBM, HP, 3Com, Juniper, Alcatel və s.) istifadə edərək WLAN, WAN, VPN, intranet və s. şəbəkələrin qurulması

Yanğın siqnalizasya sistemləri

Biznes mərkəzlərinə, yaşayış binalarına yanğın təhlükəsizlik sistemlərinin (detektorlar, controllerlər, buttonlar və s.) qurulması

Ağıllı ev sistemləri

Ən yeni texnologiyalar ilə evinizə, ofisinizə ağıllı ev sistemlərinin qurulmasını təmin edirik.

Proqram təminatının yazılması

Hər növ (web, desktop, mobile) proqram təminatının hazırlanması, yenilənməsi və texniki dəstəyin göstəsilməsi.

Turniket və şlaqbaum

Ofislərdə, yaşayış binalarında, biznes mərkəzlərində ən çağdaş texnologiyalar ilə turniket və şlaqbaumların qurulmasını və baxımını təmin edirik

Məlumat

Giriş nəzarət sistemləri

Girişin idarə edilməsi həm obyektin ümumilikdə özünə, həm də onun ayrı-ayrı otaqlarına nəzarət və idarə edilməsi kimi məsələləri həll edən proqram-texniki vasitələrin və təşkilati-inzibati tədbirlərin məcmusudur. Bundan əlavə personalın operativ nəzarəti və onun obyekt ərazisində qalma müddətinin təyin olunması da giriş nəzarət sistemlərinin vəzifələrinə daxildir.

Giriş nəzarət sistemlərinin (GNS) inkişafının əsas istiqaməti onların intellektuallaşdırılması, yəni informasiyanın toplanması, emalı və qərarların qəbul edilməsi üzrə funksiyaların maksimal mümkün miqdarının GNS cihazlarına və kompyuterlərə ötürülməsidir.

Mühafizə siqnalizasiyası

Mühafizə siqnalizasiyası (MS) - sizə həmişə sizin evinizin, ofisinizin, mənzilinizin, anbarınızın, istehsal otağınızın və s. təhlükəsizliyində əmin olmağa icazə verəcək elektron qurğudur.

Mühafizə sistemi otağa icazəsiz daxil olmağın qarşısını almaq üçün nəzərdə tutulub.

O mühafizə sensorlarından daxil olmuş informasiyanı toplayan və təhlil edən mühafizə panelindən (mərkəzlərdən) ibarətdir.

Eyni mərkəz sensorların işə salınması zamanı icra edilən əvvəlcədən proqramlaşdırılmış funksiyaları yerinə yetirir.

Mühafizə videomüşahidəsi

Son illər videomüşahidə obyektin kompleks təhlükəsizlik sisteminin ayrılmaz hissəsi olub. Çünki müasir videomüşahidə nəinki müşahidə və videonu yazmağa, həm də həyəcan yarandıqda bütün təhlükəsizlik sisteminin reaksiyasını proqramlaşdırmağa imkan verir.

Videomüşahidə mühafizə sistemi mühafizə olunan obyekti videokamera vasitəsilə vizual müşahidə etmək üçün nəzərdə tutulub.

Mühafizə videomüşahidənin vəzifəsi nəzarət olunan obyektdə operativ vəziyyət barədə videoinformasiyanın əyani şəkildə təqdim edilməsindən ibarətdir.

Analoq sistemi

Analoq video nəzarət sistemləri adətən videomaqnitofonda informasiyanın eyni vaxtda yazılması ilə videomüşahidə üçün istifadə olunur

Xüsusi məsuliyyətli obyektlərin təhlükəsizliyini təmin etmək üçün, bir qayda olaraq, kompleks təhlükəsizlik sistemlərinə inteqrasiya olunan rəqəmsal video nəzarət sistemlərindən istifadə edilir

Rəqəmsal sistemlər

Əsas üstünlükləri:

  • Videogörüntü arxivinə yüksək giriş sürəti
  • Qeydə alınmış hər kadrın rəqəmsal böyüdülməsi və miqyaslandırılması
  • Tez axtarış və parametrlər üzrə video arxivə baxış: kamera nömrəsi, tarixi və vaxtı üzrə
  • Kompüter təhlükəsizlik sistemləri ilə inteqrasiya imkanı
  • İnternet və digər rabitə kanalları vasitəsilə video axınının sadə yayımı
  • E-poçt və SMS vasitəsilə həyəcan mesajlarını göndərmək imkanı
  • Video məlumatlarını xarici portativ daşıyıcılara ixrac etmək imkanı.